Aptekstore.az | Dərman çatdırılması

Çatdırılma

Dərmanların, gigiyenik vasitələrin, intim məhsulların və s. çatdırılması həm pulsuz, həm də ödənişli formada həyata keçirilir.

Pulsuz çatdırılma. Kuryerlərimiz gündə 2 dəfə sifarişlərin pulsuz şəkildə ünvanlara çatdırılmasını həyata keçirir:

  • Birinci növbə: 10:00-14:00
  • İkinci növbə: 15:00-21:00

Saat 14:00-a qədər verilən sifarişlər həmin gün 21:00-a qədər ünvana çatdırılır. Saat 14:00-dan sonra verilən sifarişlər isə növbəti gün saat 14:00-a qədər müştərilərimizə təhvil verilir.

Sürətli çatdırılma. Müştərilərimizin istəyinə uyğun olaraq, sürətli çatdırılma xidməti də göstəririk. Dərman və s. sifarişlərin sürətli çatdırılmasına görə ödəniş Bakı şəhəri daxilində 3 AZN təşkil edir.

Ətraf qəsəbə və kəndlərə çatdırılma isə ünvana görə dəyişə bilər. Sifarişlərin sürətli çatdırılması 15 - 30 dəqiqə təşkil edir.

Qeyd. Bütün dərmanların, intim məmulatların çatdırılması əvvəlcədən hazırlanmış və ağzı qapanmış paketlərdə kuryerlərə verilir və müştərilərimizə çatdırılır. Paketlər yalnız sifarişçi tərəfindən açıla bilər.