Aptekstore.az | ZOMETA
ZOMETA

ZOMETA

Pərakəndə satış qiyməti, ƏDV ilə: 441.25 ₼

Təsiredici maddənin adı: ZOLEDRONIC ACID

Təsiredici maddənin dozası: 0,04 mq/ml

Farmasevtik forması: İnfuziya məhlulu üçün konsentrat

Ticarət qablaşdırması: Flakon 100 ml

Qablaşdırma miqdarı: 1

İstehsalçı şirkət, ölkə: NOVARTİS FARMA ŞTEYN AG, İsveçrə

Annotasiya

TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri _____________E.M. Ağayev “___”__________2016-cı il Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)ZOMETA® infuziya məhlulu üçün konsentrat; infuziya üçün məhlulZOMETA®Beynəlxalq patentləşdirilməmiş adı: Zoledronic acid (Zoledron turşusu)Tərkibi4mq/5ml: Təsiredici maddə: 5 ml konsentratın tərkibində 4 mq zoledron turşusuna (susuz) müvafiq olaraq 4,264 mq zoledron monohidrat vardır. 1ml konsentratın tərkibində 0,8 mq zoledron turşusu (susuz) vardır. Köməkçi maddələr: mannitol, natrium-sitrat, inyeksiya üçün su.4 mq/100 mlTəsiredici maddə: 100 ml məhlulun tərkibində 4 mq zoledron turşusuna (susuz) müvafiq olaraq 4,264 mq zoledron monohidrat vardır. Köməkçi maddələr: mannitol, natrium-sitrat, inyeksiya üçün su. TəsviriŞəffaf rəngsiz maye.Farmakoterapevtik qrupuSümük toxumasının strukturuna və minerallaşmasına təsir edən dərman maddələri. Bisfosfonatlar.ATC kodu: M05BA08Farmakoloji xüsusiyyətləriFarmakodinamikası Bədxassəli şişlərdə hiperkalsiemiya və bərk şişlərin sümük metastazı: Zoledron turşusu sümük toxumasına seçici təsirə malik yeni bisfosfonatlar qrupuna aid preparatdır. Bu günə məlum olan sümük rezorbsiyasının qarşısını alan ən güclü inhibitorlardan biridir.Bisfosfonatların sümüyə seçici təsiri onların minerallaşmış sümük toxumasına yüksək yaxınlığı ilə əlaqədardır, amma zoledron turşusunun sümük toxumasına seçici təsirini izah edən molekulyar mexanizmlər hələlik aydınlaşdırılmamışdır. Heyvanlar üzərində aparılan uzunmüddətli tədqiqatlar zoledron turşusunun sümüyün formalaşmasına, minerallaşmasına və digər mexaniki xüsusiyyətlərinə təsir etmədən osteoklastların aktivliyini aşağı saldığını göstərmişdir. Zoledron turşusu sümük rezorbsiyasının güclü inhibitoru olması ilə yanaşı eləcə də metastatik sümük xəstəliklərinin müalicəsində ümumi effektivliyi yaxşılaşdıra bilən bir sıra şiş əleyhinə təsirlərə malikdir. Aşağıda sadalananlar preklinik tədqiqatlar zamanı aşkarlanmışdır.İn vivo – sümüyün mikrokristallik matriks strukturuna təsir edən osteoblast sümük rezorbsiyasının inhibə olunması, şişin böyüməsinin azalması, antiangiogen və ağrıkəsici təsirlər.İn vitro – osteoblast proliferasiyanın inhibə olunması, şiş hüceyrələrinə qarşı sitostatik təsir, proapopstatik təsir, digər şiş əleyhinə dərman vasitələri ilə birlikdə sinergik sitostatik effekt, antiadgeziv və antiinvaziv təsirlər.FarmakokinetikasıFarmakokinetik göstəricilər 64 nəfər sümük metastazları olan xəstələrdə 2 mq, 4 mq, 8 mq və 16 mq dozada zoledron turşusu birdəfəlik və çox dəfəlik 5 və 15 dəqiqəlik infuziya fonunda tədqiq edilmişdir. Hiperkalsemiya olan xəstələrdə zoledron turşusunun farmakokinetikasına dair məlumatlar mövcud deyil. Zoledron turşusunun infuziyasının başlanmasından sonra preparatın plazma konsentrasiyaları sürətlə artır və infuziyanın sonunda maksimuma çatır, sonra isə konsentrasiya 4 saatdan sonra pik dərəcəsindən 10%, 24 saatdan sonra - pik dərəcəsindən ˂ 1% və kiçik konsentrasiyaları (ikinci infuziyaya qədər 28-ci gün pik konsentrasiyasından 0,1% üstün olmayan) ardıcıllıqla uzunmüddətli dövr ilə azalır.PaylanmasıZoledron turşusu qan hüceyrə komponentləri ilə cüzi yaxınlıq nümayiş etdirir. Qan/plazma konsentrasiya nisbətinin orta göstəricisi 30 nq/ml-5000nq/ml konsetrasiya aralığında 0.59 təşkil edir. Plazma zülalları ilə birləşməsi aşağıdır. Birləşməmiş fraksiyalar 2 nq/mL - 60% və 2000 nq/mL- 77 % arası dəyişir.MetabolismZoledron turşusu metabolizmə uğramır və dəyişilmədən böyrəklər vasitəsi ilə xaric olunur. İn vitro tədqiqatlarda zoledron turşusu sitoxrom P450 sisteminin fermentlərini inhibə etmir.XaricolunmasıVenadaxili yeridilən zoledron turşusu 3 fazada orqanizmdən xaric olur: böyük qan dövranından t ½ α 0,24 və t ½ β 1,87 olmaqla sürətli xaric olma, sonradan t ½ qamma 146 saat olmaqla uzun müddətli eliminasiya. Hər 28 gündən bir təkrar istifadə zamanı plazmada toplanması müşahidə edilməmişdir.İlk 24 saat ərzində 39 ± 16%-i sidiklə xaric olur, qalan hissəsi sümük toxumasına bağlanır. Sonradan tədricən sümük toxumasından qana daxil olur və böyrəklərlə ifraz olunur. Ümumi bədən klirensi 5,04 ± 2,5 l/saat olmaqla dozadan asılı deyil. Xəttilik/Qeyri-xəttilikZoledron turşusunun farmakokinetikası dozadan asılı deyil. İnfuziyanın müddətinin 5 dəq-dən 15 dəq-dək uzadılması infuziyanın sonuna zoledron turşusunun konsentrasiyasını 30% azaltsa da, bu “konsentrasiya-zaman” əyrisini dəyişdirmir.Ayrı-ayrı populyasiya qruplarındaQaraciyər çatışmazlığı olan xəstələrQaraciyər çatışmazlığı olan xəstələrdə zoledron turşusunun farmakokinetik göstəriciləri müəyyənləşdirilməmişdir. İn vitro tədqiqatlarda zoledron turşusu P450 fermentlərini inhibə etmir, biotransformasiyaya uğramır. Heyvanlar üzərində aparılmış tədqiqatlarda qəbul edilən dozanın 3%-inin nəcislə xaric olması qaraciyər funksiyasının preparatın farmakokinetikasında əhəmiyyətli rol oynamadığını göstərmişdir.Böyrək çatışmazlığı olan xəstələrTədqiqatlarda iştirak etmiş 64 onkoloji xəstənin kreatinin klirensi böyrək klirensinin 75 ± 33% olub və orta hesabla 84 ± 29 ml/dəq (22-dən 143 ml/dəq-dək) çatıb. Populyasiya arasında aparılan tədqiqatlarda kreatinin klirensi 50 ml/dəq (orta dərəcəli böyrək çatışmazlığı) olan xəstələrdə, zoledron turşusunun nisbi klirensi 72% olacaqdır (bu nisbi faiz kreatinin klirensi 84mL/dəq olan xəstələrin nisbi faizinə bərabərdir). Kəskin böyrək çatışmazlığı olan xəstələr barədə (kreatinin klirensi <30ml/dəq) məlumatlar məhduddur. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə Zometa®nın istifadəsi tövsiyə edilmir.Cins, yaş və irqin təsiriSümük metastazı olan xərçəng xəstələrində aparılan üç farmakokinetik tədqiqat zamanı cins, irq, yaş (38-84 yaş) və bədən çəkisinin zoledron turşususnun ümumi klirensinə heç bir təsiri olmadığı müəyyən edilmişdir.İstifadəsinə göstərişlərBöyüklər
  • Albumin-korreksiyalı zərdab kalsiumu (cCa) ≥ 12 mq/dL [3.0 mmol/L] kimi müəyyən edilən bədxassəli şişin hiperkalsiemiyası;
  • Sümük toxumasının zədələnməsi ilə bağlı olan şiş xəstəliklərinin yayılmış mərhələlərində sümük simptomlarının profilaktikası (patoloji sınıqlar, onurğa sütununun kompressiyası, cərrahi əməliyyatların və şüa terapiyasının fəsadları, şiş xəstələrində hiperkalsiemiya və s.).
  • Əks göstərişlərTəsiredici maddəyə, digər bisfosfonatlara və ya preparatın hər hansı bir komponentinə qarşıyüksək həssaslıq, hamiləlik və laktasiya dövrü.Xüsusi göstərişlər ÜmumiZometa®nın istifadəsindən əvvəl böyrək funksiyasının yüngül və mülayim pozulmaları olan xəstələr daxil olmaqla bütün xəstələrin kifayət qədər hidratasiyasına nəzarət etmək lazımdır.Ürək çatışmazlığının əmələ gəlməsinin riski olan xəstələrdə hiperhidratasiyadan çəkinmək lazımdır.Aluminium korreksiyalı zərdab kalsiumu, fosfor və maqneziumun, həmçinin zərdabda kreatininin səviyyəsi kimi hiperkalsiemiya ilə bağlı standart metabolik parametrlər Zometa® preparatı ilə müalicəyə başladıqdan sonra diqqətlə yoxlanmalıdır. Əgər hipokalsiemiya, hipofosfatemiya və ya hipomaqneziemiya baş verərsə, o zaman qısamüddətli əlavə müalicə lazım gələ bilər. Müalicə olunmamış hiperkalsiemiyalı xəstələrdə müəyyən qədər böyrəklərin funksional pozğunluğu olur, ona görə də böyrək funksiyalarının hərtərəfli monitorinqinin aparılması zəruridir. Aklastanın tərkibində olan təsiredici maddə Zometa®nın təsiredici maddəsi ilə eynidir (zoledron turşusu). Zometa® ilə müalicə qəbul edən xəstələr eyni zamanda Aklasta qəbul etməməlidirlər. Zometa® ilə müalicə qəbul edən xəstələr digər bisfosfonatları eyni zamanda qəbul etməməlidir.Zometa®nın istifadəsinin təhlükəsizliyi və effektivliyi kəskin natamam osteogenez olan böyüklərdə bu günə qədər müəyyən olunmayıb. Klinik tədqiqatlar zamanı Zometanın qəbulu ilə bü cür halların olmamasına baxmayaraq, asetilsalisil turşusuna qarşı həssaslığı olan asmatik xəstələrdə bisfosfonatların qəbulu zamanı bronxokonstriksiya haqqında məlumat qeyd olunmuşdur. Böyrək funksiyasının pozulmalarıBədxassəli şişlə əlaqədar hiperkalsemiyalı böyük xəstələr və böyrək çatışmazlığının mövcudluğu Zometa® ilə müalicə zamanı əldə ediləcək potensial faydanın mümkün risk faktorlarından üstün olduğu nəzərə alınaraq diqqətlə dəyərləndirilməlidir. Sümüklərində metastaz olan xəstələrin müalicəsi üçün qərar verildiyi zaman bel sümüyü ilə bağlı halların qarşısını almaq üçün nəzərə almaq lazımdır ki, müalicənin effekti 2-3 aydan sonra başlayır.Bisfosfanatların istifadəsi ilə əlaqədar olaraq böyrəklərin disfunksiyası barədə məlumatlar olmuşdur. Böyrək funksiyasının pozulmasını artıran faktorlara - dehidratasiya, böyrək funksiyalarının əvvəllər mövcud olmuş pozğunluqları, Zometa®nın və ya digər bisfosfonatların çoxsaylı müalicə kursları, həmçinin nefrotoksik dərman vasitələrinin istifadəsi və ya hazırda lazım olduğundan daha qısa müddətdə infuziyanın aparılması aid edilir. Baxmayaraq ki, Zometa®nı 4 mq dozada 15 dəqiqədən az olmayan müddət ərzində yeritdikdə risk azalır, böyrək funksiyalarının pisləşməsi mümkündür. Zometa preparatının birdəfəlik və ya ilkin dozasının təyinindən sonra dializ və böyrək çatışmazlığı kimi böyrək pozulmalarının proqressivləşmə hallarına rast gəlinmişdir. Həmçinin bel sümüyü ilə bağlı simptomların əmələ gəlməsinin qarşısını almaq üçün preparatı tövsiyə olunan dozalarda xronik olaraq qəbul edən bəzi xəstələrdə nadir hallarda zərdabda kreatinin səviyyəsinin yüksəlməsi müşahidə olunur. Zometa®nın hər dozasını qəbul etməzdən əvvəl xəstələrdə qan zərdabında kreatinin səviyyəsini qiymətləndirmək lazımdır. Bədxassəli şişlə əlaqədar hiperkalsiemiya halları istisna olmaqla, böyrəklərin yüngül və ya orta dərəcədə funksional pozulmaları olan böyük xəstələrə müalicənin başlanğıcında Zometa® preparatını aşağı dozalarda təyin etmək tövsiyə edilir. Müalicə vaxtı böyrək funksiyalarının pozulması müşahidə olunan xəstələrdə Zometa® preparatının qəbulu o zaman bərpa oluna bilər ki, kreatinin səviyyəsi başlanğıc səviyyəsinin 10%-i həddinə qədər qayıtmış olsun. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə Zometa® preparatının təhlükəsziliyi və farmakokinetikasına dair məlumatların məhdud olmasını nəzərə alaraq, bu xəstələrə Zometa® preparatının qəbulu tövsiyə edilmir. Həmçinin Zometa® da daxil olmaqla bisfosonatlarla müalicə alan xəstələrdə böyrək pozulmalarının inkişaf riski mövcuddur. Klinik tədqiqatlarda zərdab kreatinin səviyyəsi ≥400 mikromol/L və ya ≥4.5 mq/dL hiperkalsiemiyası şiş tərəfindən gücləndirilən xəstələr və ≥265 mikromol/L və ya ≥3.0 mq/dL uyğun olaraq digər xəstələr kəskin böyrək çatışmazlığı olan xəstələr kimi müəyyən edilmişdilər. Farmakokinetik tədqiqatlarda, kəskin böyrək çatışmazlığı olan xəstələr kreatinin klirensi < 30 mL/dəq kimi müəyyən edilir. Böyrək çatışmazlığı olan pediatrik xəstələrdə Zometa® preparatının təhlükəsizliyi öyrənilməmişdir. Qaraciyər funksiyasının pozulmasıAğır qaraciyər çatışmazlığı olan xəstələr üçün klinik məlumatlar məhdud olduğundan bu kateqoriyadan olan xəstələr üçün heç bir tövsiyə verilə bilməz. OsteonekrozÇənə sümüyünün osteonekrozuƏsasən müalicə sxeminə bisfosfonatlar, o cümlədən Zometa® daxil edildiyi onkoloji xəstələrdə çənə sümüyünün osteonekrozu barədə məlumat verilmişdir. Xəstələrin əksəriyyəti, həmçinin kimya-terapiya və kortikosteroid müalicəsi almışdır. Bir çoxlarında, osteomielit daxil olmaqla, yerli infeksiya əlamətləri olmuşdur.Postmarketinq təcrübələrdə və ədəbiyyat materiallarında çənə sümüyünün osteonekeozu hallarının çoxunun şişin növü (yayılmış süd vəzisi xərçəngi, çoxsaylı mieloma) və stomatoloji statusa (diş çıxarılması, periodontal xəstəlik, yaxşı yerinə oturulmayan protezlər də daxil olmaqla yerli travma) əsasən baş verməsi bildirilmişdir.Xəstələrdə bisfosfonatlarla müalicəyə başlamazdan əvvəl müvafiq stomatoloji profilaktika tədbirləri ilə yanaşı ağız boşluğu gigiyenası kafi olmalıdır.Müalicə zamanı xəstələr imkan daxilində invaziv stomatoloji prosedurlardan çəkinməlidirlər. Bisfosfonatlarla müalicə zamanı çənədə osteonekroz əmələ gələn xəstələrdə stomatoloji əməliyyat vəziyyəti ağırlaşdıra bilər.Stomatoloji prosedurların keçirilməsinə ehtiyacı olan xəstələrmüalicənin ləğv olunmasının çənədə osteonekrozun əmələ gəlmə riskini azaltmasına dair məlumatlar yoxdur. Həkim klinik qiymətləndirilməni keçirərək, fərdi fayda/risk nisbətinə əsaslanaraq hər xəstə üçün müalicə planına əməl etməlidir. Digər anatomik nahiyələrdə osteonekrozZometa da daxil olmaqla, bisfosfonatlarla müalicə alan xərçəng xəstələrində (əsasən böyük yaş qrupu) bud-çanaq oynağı, bud sümüyü (femur) və xarici qulaq kanalı kimi digər anatomik nahiyələrdə osteonekroz halları qeyd olunmuşdur.Bud sümüyünün atipik sınıqlarıƏsasən osteoporoza görə uzunmüddətli müalicə qəbul edən xəstələrdə bisfosfonatlarla müalicə zamanı subtroxanter və diafizar bud sınıqların atipik hallarına dair məlumat olub. Qısa və çəp köndələn sınıqların bud sümüyü üzərində sümüyün hər bir hissəsində əmələ gəlməsi mümkündür –kiçik troxanterdən (burma) bir qədər aşağı nahiyədən suprakondilardan yuxarı nahiyəyə qədər. Bu sınıqlar minimal zədədən sonra və ya zədə olmadan əmələ gəlir və bəzi xəstələrdə bud sümüyünün tam sınığı olmadan bir neçə həftə, ay əvvəl çox vaxt kiçik çatların (təkrarlanan gərkinlikdən) radioqrafik görüntüləri ilə əlaqədar bud və qasıq nahiysində ağrılar olur. Sınıqlar adətən bilateral olur; mil sümüyünün sınığı olan xəstələrdə Zometa® ilə müalicə zamanı kontralateral bud sümüyü müayinə olunmalıdır. Belə sınıqların pis sağalması haqqında məlumat var. Bud sümüyünün atipik sınıqlarına şübhə olduğu hallarda Zometa® preparatı ilə müalicənin ləğv olunması fayda/risk nisbətinin fərdi qiymətləndirilməsinə əsaslanaraq müzakirə olunur.Zometa® qəbul etmiş xəstələrdə bud sümüyünün atipik sınıqları haqqında məlumat olub, lakin bunun Zometa® preparatının istifadəsi ilə səbəb-nəticə əlaqəsi müəyyən olunmayıb.Zometa® ilə müalicə zamanı bud nahiyəsində, çanaq-bud oynağında və ya qasıq nahiyəsində ağrı əmələ gəldikdə xəstələr bu haqda həkimə xəbər verməlidir və bu simptomları olan xəstələr bud sümüyünün natamam sınığının olmasına görə müayinə olunmalıdır.Sümük-əzələ ağrılarıPostmarketinq tədqiqatlarda Zometa® da daxil olmaqla bisfosfonatlar qəbul edən xəstələrdə bəzən əlilliyə səbəb ola bilən kəskin sümük, oynaq və/və ya əzələ ağrıları barədə məlumatlar verilmişdir. Simptomların başlanmasına qədər olan vaxt müalicənin başlanmasından sonra bir neçə günlə bir neçə ay arasında dəyişmişdir. Əksər pasiyentlərdə müalicə dayandırıldıqdan sonra simptomların yüngülləşməsi müşahidə edilmişdir. Müalicənin eyni dərman vasitələri ilə və ya digər bisfosfonatlarla bərpa olunması bu kateqoriya xəstələrdə simptomların residivliyinə səbəb olmuşdur.HipokalsemiyaZometa® qəbul etmiş xəstələrdə hipokalsemiya halları barədə məlumat olub. Ağır hipokalsemiyaya qarşı ikinci dərəcəli olan ürək aritmiyaları və nevroloji əlavə reaksiyaları barədə (qıcolmalar, tetaniya, keyləşmə hissi) məlumat vardır. Bəzi hallarda hipokalsemiya həyat üçün təhlükəli ola bilər. Zometanın hipokalsemiya törədən digər dərman vasitələri ilə yanaşı istifadəsi zaman ehtiyatlı olmaq tövsiyə olunur. Belə ki, bu hal kəskin hipokalsemiya ilə nəticələnə bilər. Zometa ilə müalicəyə başlamadan əvvəl zərdabda kalsium səviyyəsi yoxlanmalı və hipokalsemiya aradan qaldırılmalıdır. Xəstələr adekvat şəkildə kalsium və Vitamin D qəbul etməlidirlər. Hamiləlik və laktasiya dövründə istifadəsiHeyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksik effektin olduğunu göstərmişdir. İnsanlar üçün olan potensial risk barədə heç bir məlumat yoxdur. Zometa® hamiləlilk zamanı istifadə olunmamalıdır.Zoledron turşusunun ana südünə keçməsi barədə heç bir məlumar yoxdur. Zometa® laktasiyadövründə istifadə edilməməlidir.Reproduktiv potensiala malik qadınlarZometa® qəbul edən qadınlar hamilə qalmaqdan çəkinməli və preparatın dölə potensial zərəribarədə məlumatlandırılmalıdırlar. Bisfosfasnatların qəbulu zamanı hamiləlik baş verərsə, dölün skelet anomaliyaları və digər anomaliyalar kimi fəsadların yaranma riski mövcuddur. FertillikZoledron turşusunun 0,1 mq/kq/gün dozada heyvanlarda istifadəsi zamanı fertilliyin azalması müşahidə edilmişdir. İnsanlarla əlaqədar məlumatlar mövcud deyil.Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiriTədqiqatlar aparılmamışdır. Lakin, mərkəzi sinir sisteminə əlavə təsirləri meydana çıxarsa, belə fəaliyyət növləri ilə məşğul olmaqdan imtina etmək lazımdır.Digər dərman vasitələri ilə qarşılıqlı təsiriZometa® kimi bisfosfanatların aminoqlikozidlərlə və ya kalsitonin və ya ilgək diuretikləri ilə yanaşı olaraq istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur, belə ki, bu preparatlar lazım olduğundan daha artıq müddətdə zərdabda kalsiumun səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.Zometa® ilə digər potensial nefrotoksik preparatların təyini zamanı ehtiyatlı olmaq lazımdır. Həmçinin Zometanın antiangiogenik preparatlarla yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq tösiyə olunur. Belə ki, bu preparatları yanaşı istifadə edən xəstələrdə çənə sümüyünün osteonekrozu hallarında artım müşahidə edilmişdir. Klinik tədqiqatlarda Zometa® daha çox istifadə olunan şiş əleyhinə preparatlar, diuretiklər (ilgək diuretikləri istisna olmaqla), antibiotiklər, analgetiklər ilə birgə təyin edildiyi zaman heç bir qarşılıqlı təsir müşahidə olunmamışdır. Yüngül və orta böyrək çatışmazlığı olan xəstələr istisna olmaqla Zometa®nın talidomidlə yanaşı qəbulu zamanı dozada dəyişiklik etmək tələb olunmur. Talidomidin (100 və ya 200 mq-lıq birdəfəlik doza) Zometa® ( 15 dəqiqəlik infuziya ilə 4 mq-lıq dozanın yeridilməsi) ilə yanaşı qəbulu zamanı çoxsaylı mieloma olan xəstələrdə zoledron turşusunun farmakokinetikası və kreatinin klirensində əhəmiyyətli dəyişikliklər qeyd olunmamışdır. İstifadə qaydası və dozasıYeridilməzdən əvvəl Zometa®nın 4mq/5ml konsentratı 0,9%-li 100ml natrium-xlorid məhlulunda və ya 5%-li qlükoza məhlulunda həll edilir. Zometa®nın hazır məhlulu birdəfəlik infuziya şəklində minimum 15 dəqiqə ərzində yeridilir.Zometa® 4mq/100ml infuziya üçün məhlul istifadə hazır” məhlul şəklindədir və böyrək çatışmazlığı olan xəstələr istisna olmaqla, əvvəlcədən digər infuziya məhlulları ilə həll olunmasına və qarışdırılmasına ehtiyac yoxdur. O, venadaxili məhlul kimi ayrıca infuziya şəklində 15 dəq-dən az olmayan müddət ərzinyeridilməlidir.DozalanmaBədxassəli yenitörəmələrin yayılmış mərhələsində olan xəstələrdə sümük toxumasının zədələnməsi ilə bağlı simptomların profilaktikasıBöyüklərdə və ahıl yaşlı xəstələrdə tövsiyə olunan doza 3-4 həftədə bir dəfə infuziya şəklində 4 mq zoledron turşusundan ibarətdir. Xəstə paralel olaraq gündə 500 mq kalsium preparatı və 400 BV vitamin D almalıdır. Bədxassəlı şışlər zamanı hiperkalsiemiyaBöyüklər və ahıl yaşlı xəstələr üçün tövsiyə olunan doza – 4 mq-dır və birdəfəlik infuziya şəklində yeridilir.Zometa® yeridilməzdən əvvəl xəstənin hidratasiya dərəcəsi müəyyənləşdirilməli və lazım gələrsə, adekvat hidratasiya təmin edilməlidir.Ayrı-ayrı qrup xəstələrdə dozalanmaBöyrəklərin funksional pozğunluğu olan xəstələrBədxassəli şişlər zamanı hiperkalsemiya –nın Zometa® ilə müalicəsi böyrək funksiyasının ağır pozğunluqlarında fayda/risk nisbəti araşdırıldıqdan sonra təyin edilir. Zərdabda kreatinin səviyyəsi >400 mkmol/l və ya > 4,5 mq/dl-dən yuxarı olan xəstələrdə preparatdan istifadənin klinik təcrübəsi yoxdur. Zərdabda kreatinin səviyyəsi <400 mkmol/l və ya <4,5 mq/dl-dən aşağı olan xəstələr üçün isə dozada dəyişikliklər tələb olunmur.Böyüklərdə digər xəstəliklər zamanıZometa® ilə müalicəyə başladıqda qanda kreatinin səviyyəsi və kreatinin klirensi yoxlanmalıdır. Kreatinin klirensi Cockroft-Gault formulasının köməyi ilə zərdabda kreatinin səviyyəsinə əsasən hesablanır. Müalicədən əvvəl KrKl < 30 ml/dəq-dən az olan ağır böyrək pozğunluqları olan xəstələrə Zometa® ilə müalicə məsləhət görülmür. Qanda kreatinin klirensi > 265 mkmol/l və ya > 3,0 mq/dl olan xəstələrdə Zometa® ilə müalicə üzrə klinik tədqiqatlar aparılmamışdır. Müalicədən əvvəl KrKl 30 – 60 ml/dl olan bədxassəli şişlər zamanı hiperkalsemiyası olan xəstələr istisna olmaqla böyrək funksiyaları yüngül və orta dərəcə pozulmuş xəstələrə Zometa® müalicəsi aşağıdakı dozada təyin edilir.*Doza AUC 0,66 (mqXsaat/l) (KrKl =75 ml/dəq) səviyyəsinə uyğun olaraq hesablanmışdır. Böyrək funksiyası pozulmuş xəstələrdə doza azaldılır – kreatinin klirensinin 75 ml/dəq olan xəstələrin AUC göstəricilərinə müvafiq olaraq.Müalicə başlandıqdan sonra hər dəfə Zometa® təyin edilməzdən əvvəl qanda kreatinin səviyyəsi müəyyənləşdirilir, böyrək funksiyasının pozulması zamanı müalicə dayandırılır.Klinik sınaqlarda böyrək funksiyalarının pisləşməsi aşağıdakı yolla müəyyən edilir:• zərdabda kreatininin başlanğıc səviyyəsi normal olan (<1,4 mq/dl) xəstələr üçün – göstəricilərin 0,5 mq/dl artması.• zərdabda kreatininin başlanğıc səviyyəsi normadan kənar olan (>1,4 mq/dl) xəstələr üçün - göstəricilərin 1 mq/dl artması.Klinik müayinələrdə Zometa® ilə müalicə kreatininin normal referens göstəricilərinin 10%-ə qədər qayıtmasından sonra bərpa edilmişdir. Zometa® ilə müalicə təkrar təyin edildikdə, preparat ləğv olunmasına qədər olan dozalarda bərpa olunur.İstifadə qaydasıZometa® yalnız bisfosfonatların venadaxilinə yeridilməsi üzrə təcrübəsi olan həkimlər tərəfindən yeridilməlidir. Zometa® konsentratını tərkibində Ringer laktat məhlulu kimi digər ikivalentli kationlar və ya kalsium olan infuziya üçün məhlullarla qarışdırmaq olmaz və ayrıca infuzion sistemin istifadəsi ilə birdəfəlik infuziya şəklində 15 dəqiqədən az olmayaraq yeritmək lazımdır.Zometa® nın yeridilməsindən əvvəl və sonra xəstələr yetərincə hidratasiya olunmalıdırlar.Zometa® dozasının azaldılması üçün hazırlıq Zəif və orta dərəcədə funksional böyrək pozulması olan xəstələrdə (CLcr 30-60 ml/dəq) Zometa® dozasının aşağı salınması tövsiyə olunur (bədxassəli şişlər zamanı hiperkalsemiyası olan xəstələr istisna olmaqla). Zometa® (4 mq/5ml) konsentratın dozasını azaltmaq üçün lazım olan maye konsentrata müvafiq olaraq həcm götürülür.4,4 ml 3,5 mq doza üçün4,1 ml 3,3 mq doza üçün3,8 ml 3,0 mq doza üçün Maye konsentrat steril 100 ml 0,9%-li NaCl və ya 5%-li qlükoza məhlulunda həll edilməli, birdəfəlik doza 15 dəqiqədən az olmayaraq venadaxili yeridilməlidir.4mq/100 ml Zometa®nın azaldılmış dozasını hazırlamaq üçün aşağıda göstərilən Zometa® məhlulunun müvafiq həcmini eyni həcmli steril 0,9%-li natrium xlorid çəki/həcm və ya 5%-li qlükoza məhlulu çəki/həcm ilə əvəz etmək lazımdır. Əlavə təsirləriZometa®nın təsdqilənmiş göstərişlər üzrə istafədəsi zamanı qeyd olunan ən ciddi əlavə təsirlərə aşağıdakılar aiddir: anafilaktik reaksiya, okulyar əlavə təsirlər, çənə osteonekrozu, atipik bud sümüyü sınıqları, qulaqcıqların fibrilyasiyası, böyrək funksiyasının pozulması, kəskin faza reaksiyası və hipokalsemiya. Əlavə təsir reaksiyalarının tezlikləri aşağıdakı cədvəldə və ya “Spontan qeydlər və ədəbiyyat materialları”nda “tezliyi məlum deyil” kimi qeyd olunmuşdur. 4 mq dozada Zometa®nın istifadəsi zamanı əlavə reaksiyaların tezliyi haqqında nəticələr əsasən uzunmüddətli müalicənin keçirilməsində əldə edilmiş məlumatlara əsaslanır. Zometa®nın istifadəsi zamanı yaranan əlavə təsirlər adətən yüngül, keçici və digər bisfosfonatların istifadəsi zamanı yaranan əlavə təsirlərə bənzər olurlar. Zometa®nın istifadəsi zamanı təxminən xəstələrin 1/3-də bu reaksiyalar əmələ gələ bilər.Zometa®nın qəbulundan sonra üç gün ərzində, qızdırma, yorğunluq, sümüklərdə ağrı, titrəmə, qripə bənzər xəstəlik, oynaq şişləri ilə müşayiət olunan artrit kimi simptomlarla kəskin faza reaksiyası tez-tez qeyd olunmuş və adətən bir neçə gün ərzində geri çəkilmişdir. Artralgiya və mialgiya halları haqqında da tez-tez qeydlər olmuşdur.Çox tez-tez kalsiumun böyrəklərlə xaric olunmasının azalması ilə müşayiət olunan zərdabda fosfat səviyyəsinin enməsi asimptomatik olmuş və müalicə tələb olunmamışdır. Zərdabda kalsiumun hipokalsemik səviyyə qədər asimptomatik azalması halı tez-tez qeyd olunmuşdur. Zometa®nın venadaxili yeridilməsindən sonra ürəkbulanma və qusma kimi mədə-bağırsaq reaksiyaları haqqında tez-tez qeydlər olmuşdur. Arabir infuziya yerində qızartı və ya şişkinlik və/və ya ağrı kimi yerli reaksiyalar müşahidə olunmuşdur.Zometa®nın 4 mq dozası ilə müalicə alan xəstələrdə tez-tez anoreksiya haqqında qeydlər olmuşdur.Arabir səpgi və qaşınma müşahidə edilmişdir. Digər bisfosfanatlarla olduğu kimi tez-tez konyuktivit halları qeyd olunmuşdur.Plasebo nəzarətli tədqiqatların nəticələrinə əsasən 4 mq Zometa® qəbul edən xəstələrdə kəskin anemiya (Hb<8,0 q/dl) halları tez-tez qeyd edilmişdir.Klinik tədqiqatlardan əldə edilən əlavə təsir reaksiyaları MedDRA orqan sistem siniflərinə əsasən sıralanmışdır. Hər bir orqan sistem sinfində əlavə təsirlər tezliklərə görə, daha çox rast gəlinən tezlik birinci olaraq sadalanmışdır. Hər bir tezlik qrupunda əlavə təsirlər ciddiliyin azalması ilə verilmişdir. Bundan başqa, tezlik kateqoriyasına uyğun olaraq əlavə təsirlər belə təsnif olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), arabir (≥1/1000, < 1/100), nadir (≥1/10000, < 1/1000), çox nadir(< 1/10000).Qan və limfa sistemi ilə əlaqədar pozulmalar: tez-tez – anemiya, arabir – trombositopeniya, leykopeniya; nadir hallarda – pansitopeniya;İmmun sistemlə əlaqədar pozulmalar:arabir – hiperhəssaslıq reaksiyaları; nadir hallarda – angionevrotik ödem; Sinir sistemi ilə əlaqədar pozulmalar: tez-tez – başağrısı, paresteziya; arabir – başgicəllənmə, dadbilmə hissinin dəyişməsi, hiposteziya, hiperesteziya, tremor; nadir hallarda - qıcolma, hipoesteziya və tetaniya (hipokalsemiyaya əsasən ikinci);Psixi pozulmalar: tez-tez- yuxu pozulmaları; arabir – narahatlıq hissi; nadir hallarda – şüur dağınıqlığı;Görmə ilə əlaqədar pozulmalar: tez-tez – konyuktivit; arabir– görmənin dumanlanması; çox nadir hallarda– uveit;Həzm sistemi ilə əlaqədar pozulmalar: tez-tez – ürəkbulanma, qusma, iştahanın azalması, qəbizlik; arabir – diareya, abdominal ağrılar, dispepsiya, stomatit, ağızda quruluq;Tənəffüs sistemi ilə əlaqədar pozulmalar: arabir – dispnoe, öskürək; nadir hallarda-interstitial ağciyər xəstəliyi;Dəri və dərialtı toxumalarla əlaqədar pozulmalar: tez-tez- artmış tər ifrazı; arabir – qaşınma, səpgi (eritematoz, makulyar səpgi də daxil olmaqla); Əzələ-skelet və birləşdirici toxuma ilə əlaqədar pozulmalar: tez-tez – sümükdə ağrı*, mialgiya*, artralgiya*, generalizəolunmuş bədən ağrı, oynaqlarda gərginlik: arabir - çənə sümüyünün osteonekrozu, əzələ spazmı*;Ürək-damar sistemi ilə əlaqədar pozulmalar: tez-tez – arterial hipertenziya, arabir – arterial hipotenziya; nadir hallarda – bradikardiya, aritmiya (hipokalsemiyaya nəzərən ikinci);Böyrəklər tərəfindən pozulmalar: tez-tez – böyrək çatışmazlığı; arabir – kəskin böyrək çatışmazlığı, hematuriya, proteinuriya; nadir hallarda – qazanılmış Fankoni sindromu.Ümumi pozulmalar yeridilmə nahiyəsində reaksiyalar: tez-tez –kəskin faza reaksiyası, pireksiya, qripəbənzər hallar (yorğunluq, üşütmə, halsızlıq, üzün qızarması), periferik ödem asteniya; arabir – inyeksiya yerində reaksiya (ağrı, qıcıqlanma, şişkinlik, bərkimə, qızartı), sinədə ağrı, bədən kütləsinin artması; nadir hallarda: kəskin faza reaksiya simptomu kimi artrit və oynaqlarda şişkinlik;Laborator göstəricilərdə dəyişikliklər: çox tez-tez – hipofosfatemiya; tez-tez – qanda kreatinin və sidik cövhərinin artması, hipokalsiemiya; arabir – hipomaqneziemiya, hipokaliemiya; nadir hallarda – hiperkaliemiya, hipernatriemiya.Spontan qeydlər və ədəbiyyat məlumatlarına əsasən əlavə təsirlər (tezliyi məlum deyil)Aşağıda sadalanan əlavə təsirlər Zometa® ilə aparılan postmarketinq tədqiqatlarda spontan qeydlər və ədəbiyyat hallarına əsasən qeyd edilmişdir. Bu məlumatlar qeyri-müəyyən sayda əhalidən könüllü olaraq əldə edildiyinə görə bu təsirlərin tezliyini düzgün şəkildə qiymətləndirmək (təsnifatda “məlum deyil” kimi qeyd olunur) və ya dərmanların təsirilə əlaqəsini müəyyən etmək mümkün deyil.İmmun sistemi ilə əlaqədar pozulmalar: Anafilaktik reaksiya/şokSinir sistemi ilə əlaqədar pozulmalar: yuxululuqGörmə ilə əlaqədar pozulmalar: episklerit, sklerit və orbit iltihabıÜrək və damar sistemi ilə əlaqədar pozulmalar: atrial fibrillyasiya (qulaqcıqların səyriməsi), xüsusilə risk faktorları olan xəstələrdə özündəngetmə və sirkulyator kollapsa səbəb ola biləcək hipotenziya;Tənəffüs sistemi ilə əlaqədar pozulmalar: bronxospazm;Dəri və dərialtı toxumalar ilə əlaqədar pozulmalar: övrə;Əzələ-skelet və birləşdirici toxumalar ilə əlaqədar pozulmalar: sümüklərin fiziki qabiliyyətinin kəskin və arabir itirilməsi, oynaq və/və ya əzələ ağrısı, atipik subtroxanterik və diafizeal femoral sınıqlar (Zometa® da daxil olmaqla bisfosfonat sinfi əlavə reaksiyalar). Seçilmiş əlavə təsirlərin təsviriBöyrək çatışmazlığıZometa® böyrək çatışmazlığı halları ilə əlaqələndirilmişdir. Yayılmış bədxassəli şişləri olan xəstələrdə sümüklə əlaqədar fəsadların profilaktikası üçün istifadə olunan Zometa® ilə aparılan tədqiqatlardan alınmış təhlükəsizlik məlumatlarının analizində Zometa®nın istifadəsi ilə əlaqələndirilən böyrək funksiyasının pozulmasını təzahür edən əlavə təsirlərin tezliyi aşağıdakı kimi olmuşdur: çoxsaylı mieloma (3.2%), prostat vəzi xəsrəçəngi (3.1%), süd vəzisi xərçəngi (4.3%), ağciyər və digər bərk şişlər (3.2%). Böyrək funksiyasının pisləşməsini artıra bilən risk faktorlarına dehidratasiya, mövcud böyrək çatışmazlığı, Zometa® və ya digər bisfosfanatların çoxsaylı kursları, həmçinin nefrotik vasitələrin yanaşı istifadəsi və ya tövsiyə olunan infuziya müddətindən az zaman çərçivəsində preparatın yeridilməsi kimi hallar aiddir. Böyrək çatışmazlığına və dializə doğru proqressivləşən böyrək funksiyasının pozulması halları xəstələrdə Zometa®nın ilkin dozasından və ya birdəfəlik dozadan sonra qeyd olunmuşdur.OsteonekrozZometa® daxil olmaqla bisfosfanatlarla müalicə alan xüsusilə xərçəng xəstələrində osteonekroz halları (əsasən çənə sümüyü və həmçinin bud sümüyü, xarici qulaq kanalı, bud-çanaq kimi anatomik nahiyələr) qeyd olunuşdur. Çənə sümüyünün osteonekrozu olan xəstələrin bir çoxunda osteomilet də daxil olmaqla yerli infeksiya halları vardır və qeydlərin çoxu xərçəng xəstələrində diş çıxarılması və ya digər stomatoloji cərrahiyyə sonrası hallara aiddir. Çənə sümüyü osteonekrozunun bir sıra sənədləşdirilmiş risk faktorlarına xərçəng diaqnozu, yanaşı müalicə kursları (məs: kimya-terapiya, anti-angiogen dərman vasitələri, radioterapiya, kortikosteroidlər) və yanaşı xəstəliklər (məs: anemiya, koaqulapatiyalar, infeksiya, əvvəllər mövcud olmuş ağız boşluğu xəstəlikləri) aiddir. Səbəb-nəticə əlaqəsinin müəyyən edilməməsinə baxmayaraq, sağalma prosesinin uzanmasını nəzərə alaraq, stomatoloji cərrahi əməliyyatlardan çəkinmək daha məqsədəuyğundur. Klinik məlumatlar çənə osteonekrozunun başvermə tezliyinin şişin növündən asılı olmasını əks etdirir (yayılmış süd vəzisi xərçəngi, çoxsaylı mieloma).Kəskin faza reaksiyası Bu əlavə təsir aşağıdakı simptomları özündə cəmləşdirir: qızdırma, yorğunluq, sümüklərdə ağrı, titrəmə, oynaqların şişməsi ilə müşayiət olunan artrit. Reaksiya Zometa®nın yeridilməsindən sonrakı üç gün ərzində əmələ gəlir. Reaksiya həmçinin “qripəbənzər” simptomlar və ya “post-doza” simptomları kimi də adlanır və adətən bir neçə gün ərzində geri çəkilir. Qulaqcıqların fibrillyasiyasıQadınlarda postklimakterik dövrdə osteoporozun 3 illik randomizə, ikiqat-kor nəzarətli tədqiqi zamanı ildə bir dəfə 5 mq zoledron turşusunun effektivliyi və təhlükəsizliyi öyrənilmişdir. Bu zaman qulaqcıqların fibrillyasiyası əlavə reaksiyasının ümumi tezliyi 2,5 % (3862-dən 96) təşkil etmişdir, plasebo qrupunda olan xəstələrdə bu göstərici 1,9% (3852-dən 75) təşkil etmişdir; Zoledron turşusu istifadə edən xəstələrdə qulaqcıqların fibrillyasiyası ciddi əlavə reaksiyalarının tezliyi 1,3% (3862-dən 51) təşkil etmişdir. Plasebo istifadə edən xəstələrdə isə bu göstərici 0,6% (3852-dən 22) təşkil etmişdir. Bu tədqiqatda müşahidə olunan ziddiyyət Zometa® da daxil olmaqla onkoloji xəstələrdə hər 3-4 həftədə 4 mq (zoledron turşusu) zoledron turşusu ilə aparılan digər tədqiqatlarda müşahidə olunmamışdır. Bu yeganə klinik tədqiqatda yüksək tezliklə müşahidə olunan qulaqcıqların fibrilyasiyasının mexanizmi məlum deyildir. UyuşmazlığıŞüşə flakonlarla, həmçinin polivinilxlorid, polietilen və polipropilendən hazırlanmış bir neçə tip infuziya paketləri və infuziya sistemləri ilə (əvvəlcədən 0,9%-i steril natrium-xlorid və ya 5%-li qlükoza məhlulları doldurulmuş) müayinələrdə yuxarıda göstərilən qablaşdırma materialları ilə uyuşmazlığı qeyd olunmayıb.Uyuşmazlığın qarşısını almaq məqsədi ilə Zometa® preparatı 0,9%-i steril natrium-xlorid və ya 5%-li qlükoza məhlullarında həll olunmalıdır. Zometa® hazırlanmış məhlul, Zometa® konsentrat və Zometa® “istifadə üçün hazır” infuziya üçün məhlul kalsiumla və ya Ringer Laktat kimi tərkibində ikivalentli kationlar olan digər məhlullarla qarışdırılmamalı və heç bir əlaqədə olmamalıdır, digər dərmanlardan ayrı, tək venadaxili məhlul kimi təyin olunmalıdır.Doza həddinin aşılmasıZometa®nın kəskin doza həddinin aşılmasının müalicəsinin klinik təcrübəsi məhduddur. Tövsiyə edilən dozadan yüksək doza istifadə edən xəstələr daim nəzarət altında olmalıdır, çünki böyrək funksiyasının pozulmaları (o cümlədən böyrək çatışmazlığı), zərdabın elektrolit tərkibinin dəyişilməsi (o cümlədən kalsium, fosfat və maqnezium konsentrasiyaları) əmələ gələ bilər. Hipokalsiemiyanın əmələ gəlməsində klinik göstərişlər üzrə kalsium qlükonatla infuziyanın həyata keçirilməsi göstərişdir.Buraxılış formasıİnfuziya üçün konsentrat 4 mq/5ml, flakonlarda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.4 mq/100 ml məhlul, flakonlarda. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.Saxlanma şəraiti 30C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.Açılmamış qablaşdırmaların saxlanmasına dair xüsusi tövsiyələr yoxdur. Steril 100 ml izotonik natrium-xlorid məhlulunda və ya 5%-li qlükoza məhlulunda tam həll edildikdən sonra 24 saat ərzində 2-8°C–də stabildir. Preparat aseptik şəraitdə həll edildikdən dərhal sonra istifadə edilməlidir.Yararlılıq müddəti 3 ilYararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.Aptekdən buraxılma şərtiResept əsasında buraxılır.İstehsalçıNovartis Farma Şteyn AG, İsveçrə Novartis Farma AG üçünÜnvanŞaffaxauserştrasse CH-4332, Şteyn, İsveçrə.Azərbaycan Respublikası ərazisində məhsulun keyfiyyəti ilə əlaqədar istehlakçıların iddialarını qəbul edən təşkilatın ünvanıNovartis Farma AQ şirkətinin Azərbaycan Respublikasındakı NümayəndəliyiAZ1001, Bakı şəhəri, Nizami küçəsi 1/3, “SAPPHİRE PLAZA” 505 5822, +99412 505 5833Elektron ünvan: baku.info@novartis.com