Aptekstore.az | ZOMAKS
ZOMAKS

ZOMAKS

Pərakəndə satış qiyməti, ƏDV ilə: 5.88 ₼

Təsiredici maddənin adı: AZITHROMYCIN

Təsiredici maddənin dozası: 500 mq

Farmasevtik forması: Tablet

Ticarət qablaşdırması: Blister

Qablaşdırma miqdarı: 3

İstehsalçı şirkət, ölkə: HİKMA FARMASYUTİKALS, İordaniya

Annotasiya

TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri _____________ E.M. Ağayev “___”__________ 2013-cü ilDərman vasitəsinin istifədəsi üzrə təlimat (xəstələr üçün )ZOMAKS tabletlər ZOMAXBeynəlxalq patentşdirilməmiş adı: Azithromycin TərkibiTəsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisin dihidrat vardır.Köməkçi maddələr: povidon, natrium laurilsulfat, mikrokristallik sellüloza, natrium kroskarmelloza , kolloidal silisium 4-oksid, maqnezium- stearat, ağ opedri.ATC kodu: 01F A10 Farmakoloji xüsusiiyyətləriZomaks geniş təsir spektrli, makrolid qrupuna mənsub yamsintetik antibiotikdir. Mikrob hüceyrəsinin ribosomunun 50 S subvahidini inhibə etməklə zülal sintezini pozur və bu yolla antibakterial təsir göstərir. Preparata qarşı həssas qrammüsbət və qrammənfi mikroorqanizmlər: Staphylococcus aureııs, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus aqalactiae, Haemophilus irıfluenzae vb parainfluenzae, Moraxella catarrhalis, Bacteroides fragilis, Escherichia coli, Bordetella pertussis, Bordetella parapertussis, Borrelia burgdorferi, Haemophilus ducreyi, Neisseria qorıorrhoeae, Chlamidia trachomatıs, Legionella pneumophila, Mycoplasma pneumoniae vs hominis, Helicobacter pylori, Toxoplasma qondii, Ureaplasma urealyticum, Campylobacteria spp., Treponema pallidum yüksək hassəsdır. Madə-bağırsaqdan yaxşı sorulur. Bu da onun turşuya davamlılığından və lipofilliyindan irəli gəlir.Plazmadan sürətlə toxumalara keçir, hüceyrə daxilində toplanır və infeksiyalaşmış toxumada yüksək konsentrasiya yaradır (Qan plazmasına nisbətən 10-50 dəfə çox). Biomənimsənilməsi 37%-dir. Terapevtik konsentrasiya iltihab ocağında axırmcı dozanı qəbul etdikdən sonra 5-7 gün saxlanılır. Tl/2 60 saatdır. Zomaksın 35%-i qaraciyərdə dimetilləşmə yolu ilə metabolizmə uğrayır.59%-i dəyişilməmiş şəkildə ödlə,4-5%-i isə sidiklə xaric olur.Isifadəsinə göstərişrYuxarı tənəffüs yollarının və LOR orqanların infeksiyaları (angina, sinusit, laringit, tonzillofaringit, orta otit, yevstaxiit), aşağı tənəffüs yollarının infeksiyaları (bakterial və atipik pnevmoniyalar, bronxit), dəri və yumşaq toxuma infeksiyaları (qızılyel, impetiqo, dermatozlar), urogenital infeksiyalar (uretrit, prostatit, servisit, adneksit, kəskin süzənək, erkən sifilis və Laym xəstəliyi).Əks göstərişrAzitromisinə və makrolid qrupundan olan digər antibiotiklərə qarşı yüksək həssaslıq.Qaraciyər funksiyalarının ağır dərəcəli pozulmalarıBöyrək funksiyalarının ağır dərəcəli pozulmaları (kreatin klirensi <40ml/dəq)3 yaşa qədər olan uşaqlar üçün ( 125mq-lıq tabletlər), 12 yaşa qədər olan uşaqlar üçün (500 mq-lıq tabletlər)Erqotamin və dihidroerqotaminlə eyni zamanda qəbulu. Hamilik və laktasiya dövrün istifadəsiZomaks plasentar baryeri keçir. Hamiləlik zamanı həyati göstəriş olarsâ təyin etmək olar. Laktasiya dövründə mütləq göstəriş olarsa, ana südü ilə qidalandırma dayandırmaq lazımdır.Xüsusi göstərişlərQaraciyər və böyrəyin funksiyasının pozğunluğunda ehtiyatla təyin etmək lazımdır.Zomaks qida və ya antasidlərin qəbulundan 1 saat əvvəİ və ya 2 saat sonra təyin edilməlidir.Digər dərman vasitələri ilə qarşılıqlı təsiriZomaks siklosporinlərlə birgə istifadə olunduqda onlarm metabolizmini ləngidərək, siklosporinlərin toksik təsirini artırır.İsifadə qaydası və dozasıFərdidir. Xəstəliyin nozolojı formasından, gedişindən,törədicinin həssaslığından asılıdır.Böyüklərə: gündə 1 dəfə 0,25-l q. Müalicə kursu 2-5 gündür.Əlava təsirləriÜrəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, Kvinke ödemi, köpüsük. Başgicəllənmə, başağrısı.Ağızın və genital nahiyənin selikli qişalarının kandidozu, çox nadir hallarda psevdomembanoz kolit, anoreksiya.Fotosensibilizasiya reaksiyaları, toksik epidermal nekroliz, anafilaktik reaksiyalar, limfopeniya, leykopeniya, neytropeniya, trombositopeniya, hemolitik anemiya, Paresteziya, yuxusuzluq, yuxululuq, həyəcanlılıq, aqressiya, qıcolma, qoxu və ya dadbilmə hissinin itməsi, görmə itiliyinin zəifləməsi. Ürəkdöyünmə, nadir hallarda arterial təzyiqin aşağı düşməsi, QT intervalının uzanması, mədəcik taxikardiyasıMeteorizm, qastrit, pankreatit, hepatit, xolestatik sarılıq, qaraciyər çatəşmazlığıBuraxıhş forması500 mq-q 3 tablet içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.Saxlanma şəraiti15-25°C temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.Yararlılıq müddətiYararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində qeyd olunmuşdur.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.Aptekdan buraxılma şərti Resept əsasında buraxılır.İstehsalçı Hikma Pharmaceuticals