Aptekstore.az | Müştərilərin məxfiliyi

Məxfilik

Müştərilərimizin sifariş etdikləri dərmanlar, müalicə vasitələri və intim məhsullar onların şəxsi həyatının bir hissəsidir. Sizin məlumatlarınız yalnız sizə aiddir. Şəxsi həyatınız, sağlamlığınız və istifadə etdiyiniz müalicə vasitələri haqqında məlumat yalnız sizə məlum olmalıdır.

Bu, bizim ən önəmli prinsiplərimizdən biridir və müştərilərimizin və sifarişlərin təfərrüatlarının məxfi qalmasına xüsusi diqqət yetiririk. Sifarişlər kuryerə əvvəlcədən hazırlanmış qapalı paketlərdə təhvil verilir. Bu paketləri isə yalnız sifariş verən şəxs aça bilər.