Aptekstore.az | Dərman sifarişi

Sifariş

Aptekstore.az saytından sifariş etmək çox asandır: axtarış bölməsində ehtiyacınız olan dərman, gigiyena vasitəsinin və s. adını və ya tərkibindəki maddəni daxil edirsiniz. Axtarış nəticəsindəki siyahıdan sizə lazım olanı seçib, tərkibi, qiyməti və b. sizə lazım olan məlumatları dəqiqləşdirirsiniz. Sonra isə smartfonlarda ekranın aşağı sağ hissəsində, kompyuter və noutbuklarda isə ekranın yuxarı sağ hissəsində yerləşən yaşıl rəngli zəng-sifariş düyməsini basıb aptekin əczaçısı ilə əlaqə yaradırsınız. Sifarişinizi, sadəcə, (050) 701 23 45 nömrəsinə zəng etməklə də gerçəkləşdirə bilərsiniz.

Telefon danışığı zamanı sifarişinizi verir, çatdırılma ünvanını və vaxtı əczaçımıza bildirirsiniz. Əgər sifariş etdiyiniz vasitələr xüsusi resept tələb edirsə, kuryerimiz sifarişinizi çatdırarkən resepti ona təqdim etməyiniz xahiş olunur.